"Azəriqaz" sahibkara yarım milyonu ödəmir - Şikayət

"Azəriqaz” İstehsalat Birliyi ilə sahibkar arasında problem yaranıb.

Vizual.azxəbər verir ki, səbəb qurumun verdiyi sifarişi yerinə yetirən iş adamına pulun ödənməməsidir.

İş adamı Faiz Əliyev jam.az-a bildirib ki, 2013-cü ilin fevralından oktyabrına qədər "Azəriqaz”la "AZFİN” MMC-nin subpodratçısı kimi işləyiblər. Aldıqları sifarişin ümumi məbləği 573 min manat olub. Bu pulun 20 min manatı isə qaz sayğaclarının quraşdırılması üçün nəzərdə tutulub.

İş adamı subpodratçı kimi Salyanın Boranıkənd, Dayıkənd və Seyidlər kəndlərinin qaz çəkilişini evlər də daxil olmaqla tam həyata keçirib. Amma mənə nəzərdə tutulan pulun yalnız 120 min manatı ödənilib. O da hissə-hissə verilib. Yerdə qalan 453 min manatı hələ də ala bilmir.

F.Əliyev deyir ki, Salyanın 3 kəndinin qazlaşdırılması prosesini şəxsi vəsaiti hesabına həyata keçirib: "Həmin xərclər şəxsi imkanlarım hesabına çəkilib. Ən acınacaqlı hal odur ki, bu işlərin baş podratçısı olan «AZFİN» MMC-yə müraciət etsək də, bizə cavabında bildiriblər ki, «Azəriqaz» onlara pul vermədikləri üçün ödənişi həyata keçirə bilmirlər”.

Faiz Əliyev bildirib ki, iş gördüyü zaman xərclədiyi pulların bir qismini borc alıb:

"Cənab Prezident, mən Sizə güvənir və inanıram ki, qısa müddətdə məsələ ilə bağlı tədbir görüb, mənə çatacaq vəsaitin ödənilməsi üçün göstəriş verəcəksiniz». Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az