https://www.gununsesi.info/wp-content/uploads/2021/12/264066173_1053164118860505_1411665023664708537_n-300x151.jpg 300w, https://www.gununsesi.info/wp-content/uploads/2021/12/264066173_1053164118860505_1411665023664708537_n-768x386.jpg 768w" sizes="(max-width: 639px) 100vw, 639px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto;" />
Bundan başqa Baba müəllim Zirədəki Gülçülük Sovxozunu da dövlət büdcəsinin vəsaiti hesabına qazanclı edib.
Təkcə, Mingəçevirdəki İES-in ətrafında gül, ağac kollarının əkilməsi və qazon sahəsinin salınması adı ilə 3 milyona yaxın vəsait ”silinib”.
Bununla bağlı Gununsesi.info-ya təqdim olunan elektron qaimədəki gül siyahısına nəzər yetirəndə stansiya ətrafına baxışa ehtiyac olmur. Çünki, qaimədə adı keçən güllər Azərbaycanda inkişaf etmir.
Ancaq sənədlərə görə, İES-in ətrafı hazırda gülüstanlıq olmalıdır. Amma reallıq isə tam başqadır.
Ortada milyonlar silinib, amma İES-in ətrafı əvvəllər olduğu kimidir.
Sadəcə olaraq, Baba Rzayevin Zirədəki sovxozundan gətirilən ucuz gül kolları olub ki, o da baxımsızlıqdan quruyub.
Bunun üçün 2020-ci ilin avqust ayında Elektro qaima vasitəsi ilə Cənub Enerji Tikinti MMC-dən 2.822600 manatlıq gül,çiçək, ağac və digər bəzək kollarının sənədi daxil olub.
Pul büdcədən ödənsə də ancaq İES-də bu gül-çiçəkləri görən olmayıb. Sadəcə olaraq, saxta aktlar tərtib olunmaqla həmin güllər təhvil alınması sənədləşdirilib.
Bu proses isə bir neçə MMC vasitəsi ilə həyata keçirilib. Güllərin alınması üçün ayrı şirkət, onu əkib-becərən isə başqa şirkətlər olub.
Gununsesi.info Baba Rzayevin gül-çiçək əməliyyatlında büdcədən sildiyi vəsaitlərin bir qisminin qaiməsini təqdim edir.
Elektro qaimə: № 383272
31.08.2020
Saat 17:54:38
Məbləğ: 585615-62q
Elektro qaimə : № 334476
31.08.2020
Saat 10:31:18
Məbləğ: 1.246817-56q
Elektro qaimə : № 309527
28.08.2020
Saat 18:00:46
Məbləğ : 990168-10q
Bu faktlarla bağlı ”’Azərenerji” min mətbuat katibi Teymur Abdullayevə sorgular versək də ancaq heç bir cavab ala bilmədik. Sorğumuzu qəbul edən Teymur Abdullayev onlarla tanış olsa da susmağa üstünlük verdi.
Ən təəccüblü olan məqam isə burasındadır ki, Azərbaycan Prezidenti korrupsiya ilə mübarizəni dövlətin əsas prioriteti elan edib.
https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_423901829476023-768x1025.jpeg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_423901829476023-1151x1536.jpeg 1151w, https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_423901829476023.jpeg 1242w" sizes="(max-width: 225px) 100vw, 225px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto;" />
Görünür, Baba Rzayev bu prosesdə ”Böyük başlar” getməsinin də fərqində olmayıb. Yoxsa, hər kəsin uzaydan belə gözlə gördüyü Mingəçevirin boz dağlarının ətəyində gülüstanlıq adı ilə dövlət vəsaitlərini talan etməzdi.
Amma nə bilmək olar, bəlkə də Baba müəllim tez-tez üz tutduğu falçıların, cadugərlərin kəramətinə güvənir ki, ölkənin hüquq-mühafizə orqanlarının ona uzanan əlləri olmayacaq.
https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_216912607269611-768x1025.jpeg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_216912607269611-1151x1536.jpeg 1151w, https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_216912607269611.jpeg 1242w" sizes="(max-width: 225px) 100vw, 225px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto;" />
https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_6681996621873964-768x1025.jpeg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_6681996621873964-1151x1536.jpeg 1151w, https://www.gununsesi.info/wp-content/uploads/2021/12/received_6681996621873964.jpeg 1242w" sizes="(max-width: 225px) 100vw, 225px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto;" />
P.S. Növbəti araşdırmamızda cəmiyyəti Baba Rzayevin ”’Beton Əməliyyatı” haqqında materialla tanış edəcəyik.
Taryel İbrahimov
Gununsesi.info