Babayandan Qarabağla bağlı inanılmaz – Təklif

Babayandan Qarabağla bağlı inanılmaz – Təklif

Qarabağ konfliktinin həllində Madrid prinsiplərindən imtina etmək lazımdır, çünki burada yalnız Azərbaycanın arzuları əks olunub.

Axar.az xəbər verir ki, bunu "24news.am” saytına müsahibəsində qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan deyib.

"Bu prinsiplərdə ərazilərin, qaçqınların qaytarılması, Ermənistan və Qarabağ arasında quru yolu əlaqəsi qəbuledilməzdir. Ermənistanı Qarabağla əlaqələndirən Laçın və Kəlbəcər rayonları alver predmeti ola bilməz. Madrid sənədlərinə əsasən, azərbaycanlılar müharibəyə qədər yaşadıqları Şuşa və Laçına qayıtmalıdırlar. Yəni Qarabağ və Ermənistan arasındakı quru əlaqəsinə faktiki olaraq azərbaycanlılar nəzarət edəcək. Bundan sonra Qarabağda ermənilər yaşamayacaq. Onlar Qarabağı tərk edəcəklər”, - Babayan bildirib.

Onun sözlərinə görə, Bakı son illər ərzində silah almaqla yanaşı, onların öz ərazisində də istehsalına şərait yaradır və bununla özünün böyük güclərdən asılılığını zəiflədir. Babayan Bakının bununla müharibəyə hazırlaşmaq barədə siqnal verdiyini bildirib. O həmçinin Qarabağın danışıqlar masasına qaytarılmasına Azərbaycanın izn verməyəcəyini iddia edib.

Babayan Qarabağın həlli ilə bağlı yeni təklif də irəli sürüb:

"Qarabağ konflikti beynəlxalq himayədə olan mandat ərazisi çərçivəsində həll edilə bilərdi. Məsələn, Rusiya hər şeyi öz nəzarəti altına alır və onun mandatı çərçivəsində məsələ həll edilir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az