“Babək, Şah İsmayıl haqqında müxtəlif fikir söylənə bilər”

“Babək, Şah İsmayıl haqqında müxtəlif fikir söylənə bilər”

Firudin Cəlilov: “Biri var Azərbaycan adında dövlət, bir də var Azərbaycanda qurulan dövlət”

Son bir neçə günün ən qalmaqallı müzakirə mövzusu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın iştirak etdiyi televiziya proqramında Babəkin Azərbaycana aid olmadığını iddia edən çıxışı və onun “1918-ci ilə qədər tarixdə Azərbaycan adlı dövlət olmayıb” fikridir.

Artıq istər sosial paylaşım saytlarında, istərsə də gündəlik virtual xəbər portallarında yazılı mətbuatın əsas müzakirə mövzusu da məhz bu səpkidədi. Vətəninfo.az BQP sədrinin səsləndirmiş olduğu fikirlərə türkoloq-alim, sabiq təhsil naziri Firudin Cəlilovla aydınlıq gətirməyə çalışdı.
 
- Firudim müəllim, son günlər Fazil Mustafanın səsləndirmiş olduğu açıqlama, həmin açıqlamanın gətirmiş olduğu ajiotaj, bununla yanaşı erməni mediasının Fazil Mustafanın fikrini  manşetlərdən verməsi ilə bağlı türkoloq olaraq nə deyə bilərsiz?

- Mən bu mövzuların bu şəkildə müzakirə olunmasının əleyhinəyəm. Babək, Şah İsmayıl haqqında müxtəlif fikir söylənə bilər, bunlar dar dairədə, uzmanlar arasında aparılan müzakirə olmalıdı. Daha kampaniya şəklində yox... Mən Fazil bəyin televiziyadakı söhbətini eşitməmişəm, ona görə də konkret bir söz deyə bilmərəm. Amma görünən o ki, onun sözünü konteksdən çıxarıb qabardırlar, mən bu cür yanaşmanın əleyhinəyəm.


- Fazil bəy  iştirak etdiyi televiziya proqramında Babəkin Azərbaycana aid olmadığını və 1918-ci ilə qədər tarixdə Azərbaycan adlı dövlət olmadığını bəyan edib. Və qeyd edib ki, bunun əksini söyləyənlər varsa, buyursun?


- Bu məsələ terminoloji baxımdan yozula bilər, biri var Azərbaycan adında dövlət, bir də var Azərbaycanda qurulan dövlət. Məsələyə bu baxımdan yanaşanda bəllidir ki, son 4 min ildə Azərbaycanda onlarla dövlət qurulub və bu dövləti bugünki azərbaycanlıların babaları qurub.


- Firudin müəllim, necə hesab edirsiniz, bu müzakirələrə birdəfəlik son qoymaq üçün televiziyalarda debatlara və yaxud da alimlərin iştirakı ilə geniş bir seminarin, konfransin təşkili vacibdirmi?


- Televiziyada yox, dəyirmi masada uzmanların iştirakı ilə müzakirələr təşkil etmək olar və lazımdı.

Kənan

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az