Bu gün Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibi müəyyənləşib.
Vətəninfo.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında kişi və qadın gimnastlar fərdi çoxnövçülükdə ən güclülərin adına aydınlıq gətirib.
Təsnifat mərhələsi iyunun 14-15-də keçirilən yarışın həlledici hissəsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.
Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarını mükafatla başa vurub. Təsnifat mərhələsini 3-cü pillədə bitirən idmançımız finalda daha yüksək – 2-ci yerə layiq görülüb.
Sərbəst hərəkətlərdən (14,600) sonra 18 iştirakçı arasında 6-cı olan idmançımız sonra xal hesabını artırmağa müvəffəq olub. Gimnastika atındakı (15,300) çıxışını ilə 2 hərəkətin cəmində 29,900 xalla 2-ci yerə yüksələn Stepko mövqeyini sonadək qoruyub.
Təmsilçimiz həlqələrdə 14,633, dayaqla tullanmada 14,766, paralel qollarda 15,866, turnikdə 13,900 xal qazanıb. Bununla da yekunda 89,065 xalı olan Oleq Avropa Oyunlarının gümüş mükafatını qazanıb.
Komanda hesabında da bürüncə yiyələnən Stepko Bakı-2015-də iki medal əldə edən ilk Azərbaycan idmançısı olub. Bu medal Azərbaycan yığmasının yarışlarda 26-cı mükafatı olub.
Onunla yanaşı, fəxri kürsüyə yüksələn ukraynalı Oleq Vernyayev 90,332 xalla 1-ci, rusiyalı Nikita İqnatyev 87,365 xalla 3-cü olub.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ