Tələbələr H. Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsinə başlayıblar

Tələbələr H. Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsinə başlayıblar

Vətəninfo.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 53 tələbə istehsalat təcrübəsi, onlardan 25 nəfər III kurs tələbəsi isə 2 ay müddətində ödənişli əsaslarla sözügedən müəssisədə təcrübə keçəcək.

Bununla bağlı keçirilən tədbirdə rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə BANM-in tələbələri də iştirak ediblər. Öncə Ümummilli lider Heydər Əliyevin zavodun həyətindəki büstü önünə gül dəstələri düzülüb və ona ehtiram nümayiş olunub.

Tədbirdə Heydər Əliyev adına Neft Emalı Zavodunun tarixindən bəhs edən qısa film nümayiş olunub. Giriş sözü ilə çıxış edən zavodun baş direktoru Elman İsmayılov Bakı Ali Neft Məktəbinin rəhbərliyini və tələbələrini görməkdən məmnun olduğunu bildirib. E. İsmayılov bu təcrübənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə tələbələr üçün böyük rolu olacağını bildirib. O, neftçi peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu deyib. E. İsmayılov BANM –in tələbələrinin gələcəkdə yüksək ixtisaslı peşəkar kadrlar kimi zavodun fəaliyyətinə cəlb olunacaqlarına əminliyini ifadə edib. O, təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.

 Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımov isə Azərbaycanın yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisə olan Heydər Əliyev adına Neft Emalı Zavodunun Azərbaycan sənayesinin tarixində böyük rolu olduğunu deyib. O, Heydər Əliyevin bu zavodun quruculuq işlərində əvəzsiz xidmətlərini xatırladıb, eyni zamanda, bu zavodun SOCAR üçün əhəmiyyətli bir müəssisə olduğunu bildirib.

 E. Qasımov deyib  ki, tələbələr əldə etdikləri nəzəri bilikləri burada təcrübədə tətbiq edə biləcəklər. O, tələbələrin bu zavodda təcrübə zamanı öyrəndikləri biliklərin gələcəkdə onların yüksək səviyyəli mütəxəssis kimi formalaşmasına böyük təkan verəcəyini vurğulayıb. Rektor yaradılan şəraitə görə SOCAR rəhbərliyinə, o cümlədən zavodun rəhbərliyinə təşəkkür edib və tələbələrə təcrübə müddətində məsuliyyətli olmağı tövsiyə edərək onlara uğurlar arzulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az