Bakı küçələrinin birində səki yararsız hala salındı

Bakı küçələrinin birində səki yararsız hala salındı

Bakının Nizami rayonu, Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindəki səki daşları sökülüb.

Bu barədə "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat yayıb.

A.Nəcəfli xatırladıb ki, həmin ərazi bir neçə ay öncə təmir edilib: "Bura isə 3-4 ay bundan öncə təmir edilib. Elə bil, "düşmən malı”dır. Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlət büdcəsinin də bir hissəsi vergilər hesabına formalaşır, vətədaşların ödədiyi vergi hesabına. Dövlət əmlakına maddi ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar”.
 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az