Bakı metrosu bu gecə saat 01:30-a qədər işləyəcək

Bakı metrosu bu gecə saat 01:30-a qədər işləyəcək

Bu gün Bakı metrosu saat 01: 30 qədər işləyəcək.

"Qəbələ" klubunun saytının verdiyi xəbərə görə, buna səbəb Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qəbələ"-"PAOK" qarşılaşmasıdır.

"Qəbələ" İdman Klubu qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:30-dək uzadılması xahişi ilə müraciət edib. Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Bakcell Arenada" keçiriləcək "Qəbələ"- "PAOK" qarşılaşmasının start fiti 22:00-da çalınacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az