Bakı metrosunda növbəti TƏLAŞ: “Qatarı təcili tərk edin”

Bakı metrosunda növbəti TƏLAŞ: “Qatarı təcili tərk edin”
Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, "Həzi Aslanov” metro stansiyasından "Dərnəgül” stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb. Qatar "Nəriman Nərimanov” stansiyasına çatmamış tuneldə dayanıb və sərnişinlərdən qatarın "Dərnəgül” stansiyasına getməsinə baxmayaraq "Nəriman Nərimanov” stansiyasında vaqonları tərk etmələri istənilib.

Tuneldə 15 dəqiqəyə yaxın qalan qatar "Nəriman Nərimanov” stansiyasında təcili şəkildə boşaldılıb və təmir üçün növbədənkənar "Bakmil” stansiyasına göndərilib. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər "Nəriman Nərimanov” stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub.
Xatırladaq ki, 2 gün öncə də Bakı metrosunda analoji hal müşahidə edilmişdi./xalqxeber

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə saat təxminən 10:30-da 22 saylı qatarda baş verib: "Bu xəbər çox şişirdilib. Sadəcə qatarda texniki nasazlıq qeydə alındığından sərnişinlər təxliyə olunublar, qatar isə depoya göndərilib. Onun əvəzinə xəttə dərhal başqa qatar buraxılıb, qatarların hərəkət qrafiki bərpa olunub. Hazırda heç bir gecikmə və problem yoxdur. //milli.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az