Bakı metrosunda tüstülənmə baş verdi
Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Əhmədli" stansiyasının yaxınlığındakı şaxtada, kabel muftasında qısaqapanma baş verib.
Miq.Az xəbər verir ki, bunu Manşet.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşərək onu açıb və ehtiyat kabel qoşulub:
"Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində 2 dəqiqə fasilə olub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur".