Bakı polisi əməliyyat keçirdi - narkotacirlər tutuldu

Bakı polisi əməliyyat keçirdi - narkotacirlər tutuldu

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Miq.Az-ın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini, 1978-ci il təvəllüdlü N. Ağayev saxlanılıb.

Ondan 2,136 qram marixuana, 1,328 qram heroin və 0, 293 qram metamfetamin aşkar edilib. Həmin mənzildə olan N. Ağayevin tanışları 1991-ci il təvəllüdlü C. Ağayevdən 0,83 qram heroin, 1985-ci il təvəllüdlü T. Bünyatovdan isə 0,239 qram heroin aşkarlanıb.

Hər 3 şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az