Bakı-Quba yolunda çörək bişirib pulsuz paylayan ana – Foto

Bakı-Quba yolunda çörək bişirib pulsuz paylayan ana – Foto

Şabran rayonunun kəndlərinin birində, yol kənarında olan bir ana lavas bişirib, istəyənlərə paylayır.

Miq.Az xəbər verir ki, bu barədə Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu paylaşım edib.

O bildirib ki, "Qanun” nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu ilə Şabran yolunda lavaş bişirildiyini görərək, almaq istəyiblər:

"Məlum oldu ki, qadın lavaşı satmır, ehtiyacı olanlara havayı paylayır. Vətən müharibəsinə qatılan iki oğlunun sağ qayıtması üçün əhd edibmiş. Şükür, ikisi də salamatdı. Ana torpağın üstündə, ağır zəhmət hesabına başa gələn lavaşları paylamaqla öz əhdini yerinə yetirir; dilində dua, əlində bərəkət, üzündə nur…”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az