Bakı sakinindən üzərində nişangah quraşdırılmış silah götürülüb – Polisdən əməliyyat

Bakı sakinindən üzərində nişangah quraşdırılmış silah götürülüb – Polisdən əməliyyat
Bakıda silahlı şəxsin tutulması istiqamətində əməliyyat keçirilib.

Paytaxtın Nərimanov rayonu ərazisində keçirilən əməliyyat zamanı bir nəfərin həbs edildiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Bildirilib ki, ötən gün Nərimanov rayon Polis İdarəsi əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunmuş Seymur Şahalıyevin idarə etdiyi "Volkswagen” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman oradan üzərində nişangah quraşdırılmış "Toz-8” markalı silah, həmin silaha məxsus 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanganat (margans) aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az