Bakı və İrəvan arasında yeni döyüşlər başlaya bilər – Hulusi Akar
Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlərin tam nizamlanması Qafqaz regionu üçün yeni imkanlar yaradacaq.
Globalinfo.az xəbər verir ki, bu sözlər Türkiyə müdafiə naziri Hulusi Akarın "TRT Vörld”də yayımlanan məqaləsində yer alıb. Onun sözlərinə görə, tarixi düşmənçiliyin tam ləğvi dostluq və əməkdaşlıq üçün yol olacaq. Bununla belə, Akar iki ölkə arasında döyüş fəaliyyətlərinin yenilənməsi ehtimalının hələ də qaldığını bildirib. Türkiyə müdafiə naziri hələlik tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün çox vaxtın lazım olduğunu yazıb.
Akardan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlük yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək.
Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TRT World”da dərc olunan "Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan” sərlövhəli məqaləsində yazıb.
O xatırladıb ki, rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli sənədə əsasən kommunikasiya əlaqələrinin açılmasını qəbul edib: "Qarşılıqlı olaraq, Zəngəzur və Laçın dəhlizinin açılması iki ölkə arasında sülhün və əməkdaşlığın təmin olunması istiqamətində mühüm addım olar”.