Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi iyunun 20-si və 21-də Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə məlumat yayıb
Vətəninfo.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışı ilə əlaqədar paytaxtın Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bülbül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində iyunun 20-də səhər saat 05:30-dan 21:00-dək və iyunun 21-də səhər saat 03:30-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qeyd olunan marşrutda sürücülər bəzi küçə və prospektlərdən yalnız birtərəfli istiqamətdə istifadə edə biləcəklər. Hüseyn Cavid prospektindən Parlament prospektinə doğru, İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə doğru, A.Bakıxanov küçəsindən İnşaatçılar prospektinə doğru Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsinədək və Neftçilər prospektindən Nobel prospektinə doğru hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək.
Bununla yanaşı, yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün sürücülər Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov küçələrindən keçməklə Tbilisi prospektinə, oradan isə istənilən istiqamətə hərəkət edə bilərlər.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”