Bakıda 8 DYP maşını "KİA"nı qovdu, qəzadan sonra təkərlərini deşdilər - FOTOLAR

Bakıda 8 DYP maşını

Bakıda yol polisinin təqib etdiyi avtomobil qəza törədib.
 
Miq.az-ın qaynarinfo.az-a istinadən verdiyi məlumata görə, yol polisinin "saxla" əmrinə tabe olmayaraq ərazidən uzaqlaşan "KİA" markalı, 90 SB 808 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq qəza törədib. Həmin avtomobilin 8 yol polisi avtomobili ilə təqib edildiyi bildirilir.

Qəza nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları sürücünün maşını yenidən işə salıb qaçmasının qarşısını almaq üçün avtomobilin təkərlərini deşiblər. Sürücünün hansı səbəbdən əmrə tabe olmamasının səbəbi hələlik məlum deyil. 


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az