Bakıda adam oğurlayaraq işgəncə verən kriminal dəstənin üzvü Yerevanda medal qazanıbmış - FOTO

Bakıda adam oğurlayaraq işgəncə verən kriminal dəstənin üzvü Yerevanda medal qazanıbmış - FOTO
Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.

Miq.az "oxu.az”
a istinadən xəbər verir ki, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.

O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, həmin yarışda bürünc medal qazanıb.


Qeyd edək ki, həmin yarışda hazırda böyüklərdən ibarət cüdo millimizin üzvü olan Elmar Qasımov düşmən ölkədə qızıl medal qazanaraq Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az