Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib

Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib
Türkiyədə məşhur iş adamının evinə basqın edilib.

ONA yerli mətbuata istinadən xəbər verir ki, "Sarar” Şirkətlər Qrupunun presidenti Cəmaləddin Sararın Eskişehir vilayətindəki evinə basqın edən 3 maskalı şəxs iş adamının və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayıb. Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürərək, qaçıblar. Evdən oğurlanan pulun məbləği və qızıl-zinət əşyalarının dəyəri müəyyənləşdirilir.
İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.
Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.
Qeyd edək ki, "Sarar”ın Bakıda da mağazası var.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az