Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törətdi – VİDEO

Bakıda DYP avtomobili sürücünü qovarkən qəza törətdi – VİDEO
Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Miq.az azxeber.com-a istinadən xəbər verir ki, Dövlət Yol Polisinə (DYP) məxsus 99-YP-851 dövlət nömrə nişanlı xidməti avtomobillə "Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində DYP avtomobilinə küllü miqdarda zərər dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb DYP avtomobilinin sürət həddini aşaraq "Mercedes” markalı avtomobili qovması olub.

Nəticədə "Mercedes” markalı avtomobil idarəetməni itirərək DYP avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az