Bakıda faciə: İki bacının meyiti tapıldı
Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.
Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Gəncə Prospekti ev 34, mənzil 4 ünvanında yaşayan Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.
Mustafazadə bacılarının həmin evdə kirayə yaşadıqları bildirilir.
Onlar paytaxtda fəaliyyət göstərən "Food İNİ" reklam şirkətində çalışıblar.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
Miq.Az