Bakıda fevral ayı üçün ən soyuq temperatur bu tarixdə olub

Bakıda fevral ayı üçün ən soyuq temperatur bu tarixdə olub
Bakı şəhərində fevral ayı üçün ən soyuq temperatur 1954, 1969 və 2012-ci illərdə qeydə alınıb.

Miq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 1954-cü ildə fevralda havanın orta aylıq temperaturu mənfi 0.7 dərəcə olub ki, bu da iqlim normasından 5.6 dərəcə azdır:

"1954-cü ildə fevral ayında uzun müddət gündüz temperatur müsbət 6 dərəcədən yuxarı qalxmayıb. Havanın minimal temperaturu isə həmin ilin fevralında mənfi 8 dərəcəyədək enib. 1969-cu il fevralın 9-10-da temperatur mənfi 9.6 dərəcə olub. 2012-ci il fevralın 8-də isə Bakıda rekord şaxta qeydə alınıb, temperatur mənfi 11 dərəcə təşkil edib".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az