Bakı şəhərində 1 kv.metr qеyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) bu ilin may ayında apreldəki 3 618 dollardan 3 418 dollara enib. Beləliklə, aylıq qiymət azalması 5,53% təşkil еdib. Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabatda belə deyilir.
Hesabata əsasən, mayda bazarda qеyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (3 418 dolları) aşağı olan obyеktlər ümumi portfеldə 69,5% paya malik olub.
Ay ərzində qеyri-yaşayış sahələri ilkin bazarında qiymət artımı Nİzami (6,7%), Səbail (1,2%), Suraxanı (31,7%) və Yasamal (29,3%) rayonlarında qeydə alınıb. Ən çox qiymət azalması isə Nərimanov (-12,8%), Sabunçu (-10,1%) və Xətai (-24,0%) rayonlarında müşahidə olunub.
May ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 11,5% azalaraq 177 ədəddən 156-ə düşüb.
Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38,0%-lə “boş yer” təyinatlı sahələr malikdir. Bu, o tip obyektlərdir ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 28,3% və 15,2% paya sahibdir. Satışda olan ofis təyinatlı yerlərin payı 10,9%, zirzəmi təyinatlı obyektlər isə 7,6% olub.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”