Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı

Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 28-i saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi "Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10 000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az