Bakıda məhbus özünü kameranın nəfəsliyindən asıb

Bakıda məhbus özünü kameranın nəfəsliyindən asıb
Bakıda məhbus intihar edib.

"Report”un xəbərinə görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Orada Cinayət Məcəlləsinin 177 (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cəza çəkən 42 yaşlı Nadir Nuriyev özünü kameranın nəfəsliyindən parça ilə asaraq intihar edib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az