Bakıda məktəbdə bayrağımıza qarşı hörmətsizlik -Suraxanı rayonu VİDEO

Bakıda məktəbdə bayrağımıza qarşı hörmətsizlik -Suraxanı rayonu  VİDEO

Bayrağın rəngi ilə bağlı bir neçə valideyn məktəbə şikayət də edib.

Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbin həyətinə vurulan löhvədə dövlət bayrağının rəngi düzgün göstərilməyib. Bayrağın aşağı zolağı yaşıl əvəzinə, qara rəng ilə boyanıb. Bu isə şagirdlərin çaşqınlığına səbəb olur.

Miq.az xezerxeber.com-a istinadən bildirir ki, məsələ ilə bağlı məktəbin direktoru Elmira İsmayılova deyir ki, məktəbin həyətində olan löhvəyə vurulan bayraq təmir zamanı Bakı şəhər Mənzil Kommunal Təssərrüfat Birliyi tərəfindən verilib. Hətta bayrağın rəngi ilə bağlı bir neçə valideyn məktəbə şikayət də edib.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Razim Həsənov isə bildirdi ki, departament tərəfindən adıçəkilən məktəbə bayraq verilməyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə faktın araşdırılacağı və problemin tezliklə aradan qaldırılacağı bildirilib.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az