Bakıda müxtəlif növ çaplı top mərmiləri
Bakıda top mərmiləri tapılıb.
Miq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunub. Baxış zamanı sursatların müxtəlif növ çaplı top mərmiləri olduğu müəyyən edilib. Aşkar edilmiş mərmilər xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib.
Miq.az