Bakıda narkotik satan baş redaktorla bağlı yeni - Qərar

Bakıda narkotik satan baş redaktorla bağlı yeni - Qərar
Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində Şəfəq Ağacanın şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Xətai rayon Məhkəməsinin qərarı ilə Şəfaq Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
İttihama görə, paytaxtın Nərimanov rayonu ərazisində Şəfəq Ağacan narkotik maddə olan marixuananı satarkən yaxalanıb.
Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.
Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az