Bakıda növbəti “yaşıl soyqırım”: Ağaclar belə məhv edilir - VİDEO + FOTO
Yasamal rayonu, "İnşaatçılar" metrostansiyası yaxınlığında, Şərifzadə küçəsi, 167-168 ünvanında iri ağaclar naməlum şəxslər tərəfindən kəsilərək, yük avtomobillərinə yığılır.
Miq.az BakuPost.az-a istinadən xəbər verir ki, yerli sakinlər FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat versələr də, hələ heç bir tədbir görülməyib.
Sakinlərin sözlərinə görə, ünvanda 2 köhnə binanın sökülməsi, yerində yeni göydələnlərin tikilməsi gözlənilir. Çox güman ki, ağacların kəsilməsinin səbəbi də bu tikinti ilə bağlıdır.
Miq.az