Bakıda polis zabiti restoranda öldü

Bakıda polis zabiti restoranda öldü
Bakıda restoranda ölüm hadisəsi baş verib.

Miq.az  xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb.
Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R.Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır. (apa)
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az