Bakıda qadın evə silahlı basqın etdi

Bakıda qadın evə silahlı basqın etdi

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini olan bir qadın oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az