Bakıda siqaret kötüyünü yerə atanlarlar 50 manat cərimə olunacaq - Nəzarət gücləndirildi

Bakıda siqaret kötüyünü yerə atanlarlar 50 manat cərimə olunacaq - Nəzarət gücləndirildi
Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar.

Miq.az Trend-ə istinadən xəbər verir ki, polis əməkdaşları bu prosesə nəzarəti gücləndirib.

Küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub.

"Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az