Bakıda təhlükə - Canavarlar qəbristanlığı basdı

Bakıda təhlükə - Canavarlar qəbristanlığı basdı

Bakının 45 kilometrliyində yerləşən Zirə qəsəbəsinin köhnə qəbirsanlığı canavarların məskəninə çevrilib.

Miq.az xəbər verir ki, bu barədə Missiya.Az-a qəsəbə sakinləri xəbər verib. Onların sözlərinə görə, son günlər canavarlar kənddə yerləşən köhnə qəbirsanlığa ayaq açıb.

"Adətən axşamlar ulayırlar. Uşaqlar və yaşlı insanlar bu səsdən daha çoz narahat olur, yata bilmirlər. Sakinlər qorxusundan həmin ərazidən keçə bilmir. Qəbirstanlıq ərazisində parcalanmış itlərin cəsədlərini görmüşük. Bu canavarlar bir gün insanlara da hücüm edəcək”, - deyə qəsəbə sakini bildirib.

Sakinlər aidiyyatı orqanlara müraciət etsə də, hələ ki, məsələyə diqqət ayrılmayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az