Bakıdakı toyda FACİƏ

Bakıdakı toyda FACİƏ

Bir neçə dəqiqə öncə Bakıdakı şadlıq saraylarından birində faciə yaşanıb. "Sonalar sonası” şadlıq evində keçirilən toyun qızğın çağında ev sahiblərindən birinin halı pisləşib.

Modern.az-ın xəbərinə görə, səhhəti pisləşən qadın bəyin bibisi imiş. Ürəktutmasından əziyyət çəkən qadın üçün təcili yardım çağırılıb. Lakin xəstəni xilas etmək mümkün olmayıb – həkimlər hadisə yerinə gələnə kimi qadın keçinib. 
Qohumları hesab edir ki, təcili yardımın toy yerinə gec gəlməsi ucbatından bu xanımı xilas etmək mümkün olmayıb. Buna görə toy sahibləri ilə tibb işçiləri arasında qarşıdurma yaranıb. 
Vətəəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az