Bakıdan Batumiyə avtobus açılır

Bakıdan Batumiyə avtobus açılır

İyul ayından Bakı-İstanbul-Bolqarıstan reysi də fəaliyyətə başlayır.

Bakıdan Bolqarıstana birbaşa avtobus reysi açılır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, avtobus iyul ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 2, 4 və 6-cı günləri yola düşəcək.

Reyslər Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Burqas və Bakı-İstanbul-Vorna istiqmətində fəaliyyət göstərir. Avtobuslar saat 12:00-da yola düşür. Biletlərin qiyməti isə 130 manat təşkil edir.

Sərnişinləri daşıyan avtobuslar rahat, komfortlu olmaqla bərabər WIFI internet şəbəkəsi ilə təchiz edilib.

Yaxın vaxtlarda Bakı-Batumi reysi də fəaliyyətə başlayacaq. Reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək. Təyinat məntəqəsinə isə çatma vaxtı növbəti gün saat 09:00-dur.

Gediş qiyməti 25.00 manat təşkil edəcək. 

Batumi azərbaycanlıların yay istirahətləri üçün ən çox üz tutduqları şəhərlərdəndir. Hər il yüzlərlə azərbaycanlı məzuniyyətini Qara dəniz sahilində keçirmək üçün bu şəhərə yollanır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az