Bakını yarımçıq tərk edən türkiyəli GENERAL

Bakını yarımçıq tərk edən türkiyəli GENERAL

General İhsan Başbozkurt Bakını niyə yarımçıq tərk etdi

Türkiyənin Bakıdakı hərbi attaşesi İhsan Başbozkurt bu ölkədə baş vermiş hərbi çevriliş cəhdindən sonra missiyasını yarımçıq başa vurub və geri çağırılıb.

Miq.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb Türkiyədə Yüksək Hərbi Şuranın iyulun 29-da keçirilmiş fövqəladə toplantısında briqada generalı İhsan Başbozkurtun istefaya göndərilməsidir.

"Milliyet” qəzetinin yazdığına görə Başbozkurt da daxil olmaqla onlarla general Silahlı Qüvvələrdən istefaya göndərilib. Buna səbəb onların 15 iyul hərbi çevriliş cəhdin fəal dəstək verməsələr də həmin hadisələrlə bağlı ortaya qəti mövqe qoymamasıdır.

General Başbozkurt Azərbaycana göndərilməzdən əvvəl Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində 3 il  tank briqadasının komandiri olub. Ötən il Yüksək Hərbi Şuranın qərarı ilə Azərbaycana hərbi attaşe göndərilib. Bu vəzifədə diviziya generalı Nevazat Taşdeleri əvəzləyib. Xatırladaq ki, Nevzat Taşdeler 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-çü olmaqda ittiham olunaraq həbs edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az