Bakının mərkəzində 2-3 metrlik ilan peyda oldu

Bakının mərkəzində 2-3 metrlik ilan peyda oldu
İlan sakinləri təşvişə salıb

Bu gün günorta saatlarında Nəsimi rayonu, Nizami küçəsi 118-də, beşmərtəbəli binanın blokunda təxminən 2-3 metrlik qara rəngli ilan peyda olub.

İstiPress xəbər verir ki, bina sakinlərinin salamnews-a verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinə zəng edilsə də, Nazirlikdən ilanın zərərsizləşdirilməsinin yerli rayon icra hakimiyyətinin işi olduğu bildirilib.

Blokun sakinləri təşviş içində mənzillərini tərk ediblər.

Hadisə yerinə Nəsimi rayonu Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşları cəlb edilib və əhalinin təhlükəsizliyini təmin etməklə məşğuldular.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az