Bakıxanov adına məktəbdə konsert - Fotolar

Bakıxanov adına məktəbdə konsert - Fotolar
Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbində konsert proqramı keçirilib.

Yanvarın 23-da baş tutan konsertdə tələbələr arfa, skripka, zərb alətləri və fortepianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. 

Məktəbdən verilən məlumatda deyilir ki, konserti keçirməkdə məqsəd şagirdlərdə bu sahədə maraq oyatmaq, uşaqlarda incəsənət dünyasına, eləcə də bu növ musiqi alətlərində ifa etməyə həvəs oyatmaqdır. Konsert iştirakçılar, valideynlər və məktəbin şagird kontingenti tərəfindən yüksək maraqla qarşılanıb.

Konsertdə Cavad və Gülnar Əliyevaların ifası xüsusi maraqla qarşılanıb.

Məktəb bu kimi konsert proqramlarının mütəmadi olaraq keçirildiyini bildirib.
 

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az