Yeni ildən qüvvəyə minəcək "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140), pensiyaçılar üçün 115 manat (hazırda 108), uşaqlar üçün 117 manat (hazırda 108) məbləğində müəyyən edilib.
Vizual.az xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu yenilik banka borcunu ödəyə bilməyənlər üçün çox yaxşı xəbərdir: "Çünki məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər. Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqısı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa)”.
Ekspert əlavə edib ki, yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, vətəndaş bundan şikayət edəbilər./valyuta.az/
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE