Baş bankirdən kredit faizləri barədə açıqlama

Baş bankirdən kredit faizləri barədə açıqlama
Azərbaycanda kredit faizi hüquqi şəxslər üzrə 10,1%, fiziki şəxslər üçün isə 16,1 %dir.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, bu, Gürcüstanda hüquqi şəxslər üçün 14%, fiziki şəxslər üçün 18,6 %-dir: "Bizdə kredit faizləri qonşu ölkələrdən çox aşağıdır. Kredit faizləri bir neçə amildən formalaşır. Yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir. Bu, inflyasiyanı kəskin artıra bilər. Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil. AMB-nin proqnozlarına görə, bu ilin sonuna kimi inflyasiya 8,3% olacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az