Baş həkim məmurun ölüm SƏBƏBİNİ açıqladı

Baş həkim məmurun ölüm SƏBƏBİNİ açıqladı
Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşının ölüm səbəbi məlum olub.

Rəşad Rüstəmovun ölümünə səbəb tromboemboliya olub.
Miq.az xəbər verir ki, bu barədə Trend-ə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, ölən şəxsin əmisi oğlu Fövzi Tahirov bildirib:
"R.Rüstəmov oktyabr ayının 13-ü yıxılaraq xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya gətirilib, onun ev şəraitində müalicə alması yalan söhbətdir. O, şəkər xəstəsi idi və ayaqlarından başqa biləyi sınmışdı, başından da travma almışdı. Rəşad üç gün hazırlıqdan sonra əməliyyata alındı və hər şey uğurla keçdi. Təəsüf ki, sonra tromboemboliyadan dünyasını dəyişdi".


F.Tahirov qeyd edib ki, əməliyyat boyü özü ilə birgə bütün aydiyyəti həkimlər orada olublar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az