Baş nazirdən koronavirus peyvəndi ilə bağlı SƏRƏNCAM

Baş nazirdən koronavirus peyvəndi ilə bağlı SƏRƏNCAM

Azərbaycana Rusiyanın "HUMAN VACCINE” MMC-yə məxsus, koronavirus infeksiyasının qarşısının alınması üçün istehsal olunan "Sputnik V” vaksini idxal ediləcək. 

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. 

Sərəncamda deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının "HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən 300 000 doza "Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçiriləcək. 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az