Baş nazirdən məhkumlarla bağlı mühüm QƏRAR

Baş nazirdən məhkumlarla bağlı mühüm QƏRAR
Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib.

Miq.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "İstintaq təcridxanalarının daxili intizam Qaydaları"nın 21.3-cü bəndinin ikinci cümləsində "artırılması" sözü "uzadılması" sözü ilə əvəz edilsin.
Həmin qərarla təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları" üzrə: 2.1. 13.3.2-ci yarımbəndə "başa çatdıqda" sözlərindən sonra "və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda" sözləri əlavə edilir: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8- 159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az