Baş nazirin və müavinlərin vəzifələri təsdiqləndi - Siyahı
Türkiyədə baş nazirin müavinlərinin vəzifə bölgüsünə dair
Nazirlər Kabinetinin sərəncamı rəsmi qəzetin bugünkü sayında dərc
olunub.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki,
sərəncama görə baş nazir Əhməd Davudoğlu ilə baş nazir müavinlərinin
məsul olduqları qurumlar və onların vəzifələri aşağıdakı kimidir:
Baş nazir Əhməd Davudoğlu;
Milli
Təhlükəsizlik Şurası, Milli Kəşfiyyat Təşkilatı, Dini İşlər İdarəsi,
Əmlak İdarəsi, Türkiyə İnvestisiya Dəstək və Təqdimat Agentliyi.
Baş nazirin müavini Yalçın Akdoğan;
Vəzifəsi: Türkiyə Böyük Millət Məclisi ilə əlaqələr və diplomatiya ilə bağlı işlərin aparılması.
Təşkilatlar:
Mətbuat-Yayım və İnformasiya İdarəsi, Türkiyə Radio-Televiziya İdarəsi,
Anadolu Agentliyi, Radio və Televiziya Yüksək Qurumu, Tanıtma Fondu
Şurası.
Baş nazirin müavini Numan Kurtulmuş;
Vəzifəsi: hökumət sözçüsü, insan hüquqları ilə bağlı təşkilatlar və insan hüquqları ilə bağlı mövzularda koordinasiya.
Təşkilatlar:
Vəqflər İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA),
Təbii Fəlakətlər və Təcili Yardım İdarəsi, Türkiyə-İnsan Hüquqları
Təşkilatı.
Baş nazirin müavini Cövdət Yılmaz;
Vəzifəsi: İqtisadi mövzularda ümumi koordinasiya.
Təşkilatlar:
Maliyə Müşavirliyi, Mərkəz Bank, "Ziraat” Bankı, Türkiyə Xalq Bankı,
Türkiyə İnkişaf Bankı, Türkiyə İxracat Kredit Bankı, Türkiyə Vəqflər
Bankı, Sərmayə Bazarı Şurası, Bank Tənzimləmə və Nəzarət Təşkilatı.
Baş nazirin müavini İldırım Tuğrul Türkeş:
Vəzifəsi:
Dövlət Şurası ilə əlaqələr, Milli Təhlükəsizlik İdarəsinin tövsiyə,
qərar və görüşlərinin dəyərləndirilməsi üçün Nazirlər Kabinetinə təqdim
edilməsi və Nazirlər Kabinetində təsdiq ediləcəyi halda tövsiyə və
qərarların icrasının nəzarəti və monitorinqi, Kipr ilə əlaqədar
koordinasiya işləri və Mədəniyyətlər İttifaqı Layihəsinin davam
etdirilməsi.
Təşkilatlar: Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək İdarəsi, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsi.