Baş Prokurorluqdan qaçan məhbuslarla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan qaçan məhbuslarla bağlı AÇIQLAMA
Zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir

Bakıda məhbusların qaçması faktı ilə bağlı hansı maddə ilə cinayət işinin başlanıldığı məlum olub.
Prokurorluqdan  verilən məlumata görə, Bakı - Astara - Bakı  qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az