Başçı məktəblərdən pul yığır - Ağcabədidə

Başçı məktəblərdən pul yığır - Ağcabədidə

Ağcabədidə "Bayraq meydanı” muzeyi tikilir. na daxil olan məlumata görə, layihənin reallaşdırılması üçün rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov orta məktəb direktorlarının hər birindən 5 min manat pul tələb edib.

VİZUAL.az xəbər verir ki, Milli Məclisə 82 saylı Ağcabədi seçki dairəsindən deputat seçilən Tahir Rzayev saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib. O qeyd edib ki, söylənilən fikirlər tamamilə yalandır:

"Bir neçə il əvvəl Ağcabədidə çox gözəl "Bayraq meydanı” tikilib istifadəyə verilib. Rayon sahibkarları, iş adamları, ziyalıları ərazidə "Bayraq Muzeyi” də tikilməsi üçün təklif irəli sürüblər. Ona görə sahibkarların, yerli icra hakimiyyətinin birgə qərarına əsasən rayonda muzey tikilməyə başlayıb.

Təməlqoyma mərasimində şəxsən özüm iştirak etmişəm. Muzeydə Azərbaycan tarixinin, xanlıqlarının, ölkənin atributlarının, mədəniyyət nümunələrinin nümayişi təşkil ediləcək, qədimdən bəri istifadə edilən Azərbaycan bayraqlarının nümunələri muzeydə nümayiş olunacaq”.

Tahir Rzayev muzeyin 2016-cı ilin aprel ayına qədər təhvil veriləcəyini bildirib:

"Seçkilər ərəfəsində işlər sürətlə gedirdi. Vurğulamaq istədiyim odur ki, ideyanı rayonun ziyalıları, iş adamları irəli sürüb, reallaşdırılması da onların və yerli icra hakimiyyətinin vəsaiti hesabına həyata keçirilir. Bu işə hər birimiz kömək edə bilərik, lazım gəlsə, özüm də kömək edəcəyəm. Hansısa müəllim bu muzeyə maraqlı kitab bağışlayacaqsa, bu özü də köməkdir”.

Deputat xərclənəcək vəsaitin miqdarını bilməsə də, çox tutumlu vəsait olmadığını deyib:

"İş tamamlanmayınca nə qədər məbləğin sərf ediləcəyi bilinmir. Ola bilsin sadə üzlük vurulsun, yaxud bahalı üzlük vurulsun. Yəni bu işin gedişindən asılı olacaq. Hələ ki, divarların hörülməsi prosesi gedir. Heç kimdən də hansısa şəkildə pul tələb edilmir. Bunların hamısı yalandır”.

Modern.az-a məlumat verən mənbə isə iddia edirdi ki, adıçəkilən muzeyin tikilməsi üçün aşağı sinif şagirdlərinin hər birindən 5, yuxarı siniflərdən 10 manat pul yığılması tələbi bəzi məktəb direktorlarının və valideynlərin narazılığına səbəb olub. Pul gətirməyən şagirdlərin hətta dərslərə buraxılmadığı da bildirilirdi.|teref.info



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az