Bayden Ərdoğanla danışdı, "Soyqırım"ı tanıyacam" dedi...
ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Miq.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Liderlər ikitərəfli və regional məsələlərin bütün spektrlərini müzakirə etmək üçün NATO-nun iyunda keçiriləcək sammitində şəxsən görüşməklə bağlı razılaşıblar”, - məlumatda qeyd olunub.
Blumberq agentliyinin məlumatına görə, Bayden telefon danışığı zamanı qondarma soyqırımı tanıyacağını bildirib.
Miq.Az