Bayden Ərdoğanla görüşdü: “F-16 prosesinə dəstək davam edəcək”

Bayden Ərdoğanla görüşdü: “F-16 prosesinə dəstək davam edəcək”

İndoneziyanın paytaxtı Balidə keçirilən G20 liderlərinin sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.
Bakupost.az xəbər verir ki, Bayden İstanbulun İstiqlal küçəsində baş verən partlayışda həyatını itirənlərlə bağlı Türkiyə başçısına başsağlığı verib.
Amerika lideri F-16 prosesində Türkiyəyə dəstəyin davam edəcəyini bildirib. Bayden Rusiya və Ukrayna arasında taxıl dəhlizi probleminin həlli istiqamətində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.
ABŞ Prezidenti İsveçin NATO-ya üzvlük prosesində Türkiyənin əhəmiyyətli faktor olduğunu da ifadə edib.
Görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Nurəddin Nebati və Milli Müdafiə naziri Hülusi Akar da iştirak edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az