Bayden Paşinyanın son ümid yeri ola bilərmi? - Bloxin
Məlum məsələdir ki, Ermənistanda vəziyyət stabil deyil, xalq üsyan edir. Lakin ABŞ-ın siyasi "serialı” hələ bitmədiyindən Paşinyanın Baydenin köməyinə müraciət edəcəyi barədə hər hansı bir ehtimal irəli sürmək üçün tezdir.
Bunu Axar.az-a açıqlamasında rus politoloq Konstantin Bloxin 10 noyabr Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-ın yeni prezidenti Co Baydendən kömək istəmək ehtimalından danışarkən deyib.
"Baydenin hələ ABŞ prezidenti olacağına dair 100 faiz zəmanəti yoxdur. Yeri gəlmişkən, nə Putin, nə də Çin lideri onu qələbə münasibətilə təbrik edib. Bayden prezident olarsa, bu, Türkiyə və ya Azərbaycanla münasibətlərin pis, Ermənistanla yaxşı olacağı demək deyil. Türkiyənin aktiv xarici siyasəti NATO-nun məntiqinə və Birləşmiş Ştatların dövlətlər üzərində nəzarətə sahib olmaq istəyinə uyğun gəlmir. Yəqin, xatırlayırsınız, ABŞ-ın Türkiyə ilə münasibətləri hələ Obamanın dövründən soyuq olub. Həmçinin Tramp və Pompeo da Türkiyəyə qarşı çox mehriban olmayıb. Nəticə etibarilə Bayden və ya Tramp - bunlardan hansının prezident olmasından asılı olmayaraq, Vaşinqtonu Türkiyənin fəal xarici siyasətini qane edə bilməz. Burada prezidentin əlindən çox az şey gəlir”, - politoloq qeyd edib.
K.Bloxinin sözlərinə görə, Tramp Baydendən yalnız ritorikası ilə fərqlənəcək:
"Trampın ritorikası daha aqressivdir, Baydendə isə əksinə, daha balanslıdır. ABŞ-ın xarici siyasəti Türkiyə, Rusiya və Qafqazla bu və ya digər formada sabit qalacaq”.
Miq.Az