Bayden Ukraynanın 150 kilometrliyində

Bayden Ukraynanın 150 kilometrliyində

ABŞ Prezidenti Co Bayden Avropaya səfəri çərçivəsində bu gün Ukrayna sərhədi yaxınlığında yerləşən Polşanın Rzeşov şəhərinə gedəcək.

Miq.Az xəbər verir ki, bu barədə Ağ Ev bildirib.

Amerika liderinin administrasiyası qeyd edib ki, dövlət başçısı Rzeşova Mərkəzi Avropa vaxtı ilə saat 14:15-də (Moskva vaxtı ilə 12:15) gəlməlidir. Orada onu Polşa prezidenti Andjey Duda qarşılayacaq. Buradan Lvova qədər olan məsafə təxminən 150 kilometrdir.

Baydenin ukraynalı qaçqınlarla görüşü istisna edilmir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az