Bazarlarda vaxtı keçmiş ərzaqlar “od qiyməti”nə satılır-Reportaj

Bazarlarda vaxtı keçmiş ərzaqlar “od qiyməti”nə satılır-Reportaj

“Təzə bazar”da alıcılara vaxtı keçmiş ərzaqlar “od qiyməti”nə satılır

Vətəninfo.az-ın məlumatına görə, son həftələr ərzində Bakı bazarlarında ciddi bahalaşma və ya ucuzlaşma baş verməyib. Müşahidə apardığımız “Təzə bazaar”da satıcılar bildirdilər ki, alver getmir, alıcı sayı getdikcə azalır. Ona görə də qiymətlərdə artım yoxdur. Bazarda sümüklü mal əti 7 manat, sümüksüz mal əti 8 manata satılsa da, mal ətinə bəzi yerlərdə 5 manat 40 qəpiyə də rast gəlmək mümkündür.
Satıcılardan qiymət fərqini soruşduqda, bildirdilər ki, satış olmadığından onlar əti digər dükanlara nisbətən daha ucuz qiymətə satırlar. Lakin ucuz qiymətə satılan ətin köhnə olduğu görünürdü.
Donuz əti isə neçə gündən qalmışdı və vaxtı keçmiş serifikatla satılırdı. Satıcıya irad tutduqda isə bildirdi ki, “burada donuz əti satan mağaza çoxdur. Gedib onlardan soruşun, bizi narahat etməyin”.
Bazarda Lerik balının qiyməti 20-22 manat, Lənkəran çayı nın qiyməti isə 20-100 manat arasında dəyişir. Bazarda mürəbbə, kompot, müxtəlif turşular da satılır. Ancaq satılan bu turşuların təhlükəsizliyinə heç bir zəmanət verilmir. Onların rəngi qaçmış, banka qapaqları isə şişmiş və paslanmış vəziyyətdədir.
Bazarda qiymətlər isə belə idi:
Kartof (yerli) - 70-80 qəpik
Soğan - 50-80 qəpik
Pomidor – 2 - 3 manat
Ananas – 3 – 6 manat
Mandarin -1- 2 manat
Apilsin – 2 – 4 manat
Alma - 1 – 5 manat
Armud - 2,5 – 4 manat
Üzüm - 3 – 4 manat
Şabalıd - 7-8 manat
Ət (quzu) - 7 manat 50 qəpik
Ət (mal) - 5 manat 40 qəpik – 8 manat.







  


 Könül İbrahim

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az